Yeni PUA və silahlar Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib

Yeni PUA və silahlar Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib

Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda pilotsuz uçuş aparatı (PUA), kamera və pulemyotun qəbul fəaliyyətlərini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, qəbul fəaliyyətləri tamamlanan MİKON PUA sistemlər, modul tipli gündüz görmə kameraları və 5.56 mm-lik yügül pulemyotlar Quru Qoşunlarının inventarına daxil edilib.

CATEGORIES
TAGS