“Agusta Westland”dan Çili karabinerlərinə daha bir AW-109
İtaliyanın “Agusta Westland” şirkəti Çili Karabiner Korpusuna beşinci AW-109 “Pauer” tipli ikimühərrikli çoxməqsədli helikopterini çatdırıb. “AzeriDefence”nin məlumatına görə, şirkət çatdırılma barədə xəbərini Çilidə keçirilən FIDAE-2012 sərgisində elan edib.
Bundan əvvəl, 2006-cı ildə tərəflər arasında 4 ədəd AW-109 helikopterinin əldə edilməsinə dair müqavilə imzalanıb. Çili Karabiner Korpusu ilk helikopteri 2007-ci ilin birinci rübündə silahlanmaya qəbul edib.
Helikopterlər patrul çəkmə, axtarış-xilasetmə əməliyyatları, tibbi evakuasiyaya, hüquq-mühafizə məqsədi üçün istifadə olunur.
KATEQORIYA: Aerospace