AgustaWestland şirkətinin yeni modeli – AW119Kx
AgustaWestland şirkəti AW119 Koala sinfindən yeni bir modeli – tək motorlu AW119Kx helikopterini təqdim edib. Bu barədə “AzeriDefence” AgustaWestland şirkətinby saytına istinadən məlumat verib.
Oktyabrın 22-də təqdimatı olan yeni helikopter Garmin G1000H uçuş göyərtəsi, müasir görüş sistemləri, əngəlli ərazilərdən yayınma sistemi, yeni avionika ilə təchiz olunub.
Yeni helikopter üçün şəhadətnamənin 2013-cü ilin birinci yarısında alınması gözlənilir.
KATEQORIYA: Aerospace