“Airbus” H160 helikopterinin ilk partiyasını sifarişçiyə çatdırıb
“Airbus Helicopters” şirkəti Fransa Hərbi Dəniz Qüvvələrinə orta çəkili, çoxməqsədli H160 helikopterinin ilk partiyasını təhvil verib.
“Poliqon” “Airbus” şirkətinə istinadən xəbər verir ki, təhvil alınan ilk H160 helikopteri Fransanın Hərbi Dəniz Donanması tərəfindən axtarış və xilasetmə əməliyyatlarında istifadə olunacaq.
Fransa Dövlət Satınalmalar Agentliyi (DGA) və “Airbus” şirkəti arasında 2020-ci ildə 4 ədəd H160 helikopterinin alqı-satqısı dair müqavilə imzalanıb. 2021-ci ildə DGA Fransa donanması üçün daha iki ədəd H160 helikopterin alınmasıyla bağlı şirkətlə müqavilə bağlayıb.
CATEGORIES Xəbərlər