Fuad İbrahimov Azərbaycanın Qazaxıstandakı yeni hərbi attaşesi təyin edilib
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, general-polkovnik R.Jaksılıkov Qazaxıstan-Azərbaycan arasındakı əməkdaşlığın müsbət dinamikasını qeyd edib.
O, Azərbaycanın Qazaxıstanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik Fuad İbrahimova vəzifəsində uğurlar arzulayıb.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək istəklərini təsdiqləyiblər.