Airbus Military və TUSAŞ Türkiyədə ortaq şirkət qurur

Airbus Military və TUSAŞ şirkəti Türkiyədə birgə şirkətin qurulmasına dair anlaşma memorandumu imzalayıb. Bu barədə “AzeriDefence” TUSAŞ şirkətinə istinadən məlumat yayıb.

Yeni şirkət Airbus Military Türkiye (AMTR) adı altında xidmət göstərəcək. AMTR A400M tipli təyyarələrə və gələcəkdə A400M təyyarələrinə sahib olan digər istifadəçilərə xidmət dəstəyi göstərəcək. Şirkət TUSAŞ və Airbus Military idarəetməsi altında olacaq.

Məlumatda qeyd olunub ki, Türkiyə 10 ədəd sifarişlə A400M proqramında yer alır. A400M proqramının Türkiyədəki sənaye ortağı olan TUSAŞ təyyarənin ön orta gövdə, arxa gövdə komponentlərini, həmçinin aileron, spoiler, işıqlandırma və digər sistemlərinin yaradılmasını və istehsalını həyata keçirir.

KATEQORIYA: