“Akıncı” PUA TRG-230-İHA raketi ilə hədəfi 140 kilometrdən məhv edib

“Akıncı” PUA TRG-230-İHA raketi ilə hədəfi 140 kilometrdən məhv edib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan “hava-yer” tipli TRG-230-İHA (İHA-230) raketinin “Akıncı” pilotsuz uçuş aparatı (PUA) vasitəsilə növbəti atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Baykar” şirkətinin Çorlu bölgəsində yerləşən “Akıncı Təlim və Sınaq Mərkəzi”ndə baş tutan sınaq zamanı TRG-230-İHA raketi 140 kilometr məsafədəki hədəfi uğurla məhv edib.

Qeyd edək ki, TRG-230-İHA Türkiyənin “hava-yer” tipli səsdən sürətli ilk raketidir. O, “Roketsan”ın “yer-yer” tipli TRG-230 raketinin PUA-dan atılması üçün nəzərdə tutulmuş versiyasıdır.

Poliqon.az

CATEGORIES
TAGS