Ali Baş Komandan: İlk növbədə Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır

Ali Baş Komandan: İlk növbədə Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır

“Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir”.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib.

Prezident İlham Əliyev Kəlbəcərə ikinci dəfədir gəldiyini və bir çox tədbirlərin baş tutduğunu deyib: “Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik”.

Dövlət başçısı bildirib ki, bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, Azərbaycan istədiyinə nail olacaq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcək.

“Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”, – deyə Prezident İlham Əliyev bəyan edib.

Poliqon.az

CATEGORIES
TAGS