
Ali Məhkəmə “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində son kassasiya qərarını ləğv edib
Ali Məhkəmənin plenumunda Azərbaycan Baş Prokurorunun “Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub.
“Poliqon” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Kamran Əliyev bildirib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılmasını üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
CATEGORIES Xəbərlər