Xəbərlər
Almaniya adı açıqlanmayan ölkəyə artilleriya sursatları tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti adı açıqlanmayan NATO müştərisinə 155 mm-lik artilleriya silahının döyüş sursatlarını tədarük edilməsi ilə bağlı müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.
Şirkət tərəfindən müqavilənin bir neçə milyon avro dəyərində olduğu və qarşıdakı ilk iki il ərzində sifarişçiyə təvhil veriləcəyi bildirilib.
Qeyd edək ki, 155 mm-lik “Assegai” top atəş yığımı ailəsi “PzH 2000” özüyeriyen artilleriya qurğusu (ÖAQ) da daxil olmaqla, NATO-nun STANAG standarlarına uyğun istənilən artilleriya qurğusunda istifadə edilə bilər.




