
Norveçin KONGSBERG şirkəti Almaniya Hərbi Hava Qüvvələrinə (HHQ) əlavə “Joint Strike Missile” (JSM) raketlərinin tədarükü üçün əlavə sifariş alıb.
“Poliqon” KONGSBEG-ə istinadən xəbər verir ki, şirkət bununla bağlı təxminən 3,5 milyard Norveç kronu (378 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında Almaniya F-35 qırıcı təyyarələri üçün JSM raketini seçən beşinci ölkə olub. İndi isə Almaniya hökuməti raketlərin əlavə tədarükü ilə bağlı yeni müqavilə imzalayıb.
Hazırda JSM raketləri Norveç, Yaponiya, Avstraliya, ABŞ və Almaniya Silahlı Qüvvələri tərəfindən istifadə edilir.




