DənizXəbərlər

Almaniya HDQ-nin freqatları “Saab” sistemləri ilə təchiz ediləcək

İsveçin “Saab” şirkəti Almaniyanın dəniz müdafiəsi sahəsində fəaliyyət göstərən TKMS şirkəti ilə müqavilə imzalayıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, İsveç mərkəzli şirkət, TKMS-dən Almaniya Hərbi Dəniz Qüvvələrinin MEKO A-200 DEU sinfinə aid dörd yeni freqatının döyüş sistemləri, kompozit konstruksiyaları və sensorları ilə təchiz edilməsi və onların inteqrasiyası üzrə sifariş alıb.

Sifarişin dəyəri təxminən 8,7 milyard İsveç kronu (902 milyon ABŞ dolları) təşkil edir və çatdırmalar 2029-2032-ci illər arasında həyata keçiriləcək.

Sifariş çərçivəsində freqatlar “Saab”ın kompozit üst konstruksiyaları, 9LV döyüş idarəetmə sistemi, “Sea Giraffe 4A Fixed Face” uzaqmənzilli müşahidə radarı, “Sea Giraffe 1X” yüngül çoxməqsədli müşahidə radarı, eləcə də passiv sensorları ilə təchiz ediləcək.

Qeyd edək ki, sözügedən freqatlar Almaniyada inşa olunacaq və layihənin baş podratçısı TKMS şirkətidir. Müqavilədə əlavə freqatların inteqrasiyası və təchiz edilməsi üçün opsion da nəzərdə tutulub.

Back to top button