Almaniya “Marder” PDM-ləri Ukraynaya verməkdən imtina edib

Almaniya “Marder” PDM-ləri Ukraynaya verməkdən imtina edib

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun imzaladığı məktubunda Ukrayna 100 ədəd “Marder” piyadanın döyüş maşınının (PDM) verilməsini xahiş etsə də, Almaniya “Marder” PDM-ləri Ukraynaya verməkdən imtina edib.

“Poliqon”un məlumatına görə, Oleksiy Reznikovun məktubuna rəsmi cavab verilməyib – Almaniyanın müdafiə naziri Kristin Lambrecht Reznikovla telefon danışığında imtina barədə məlumat verib.

Daha sonra Almaniya Müdafiə Nazirliyi “Welt” nəşrinin sorğusuna cavab verərək, həqiqətən də rəsmi Kiyevdən belə bir sorğunun olduğunu təsdiqləyib. Müdafiə Nazirliyi imtinasını onunla izah edib ki, “bizim özümüzə məxsus bütün “Marder” PDM-ləri NATO öhdəlikləri ilə bağlıdır, ona görə də qərar həm də Alyans çərçivəsində qəbul edilməlidir”.

Almaniya KİV-i xəbər verib ki, “Marder” PDM-lərin əvəzində Almaniya Müdafiə Nazirliyi keçmiş ADR-in hazırda Çexiyada olan ehtiyatlarından Ukraynaya PDM tədarükünə razılıq vermək qərarına gəlib.

Xatırladaq ki, “Marder” PDM-i 1969-1975-ci illərdə Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən istehsal edilib, lakin hələ də Bundesverin silahlanmasında qalmaqdadır.

PDM modifikasiyadan asılı olaraq 1 ədəd 20 mm-lik Mk20 DM5 Rh202 avtomatik topu, 2 (1A1) və ya 1 (1A2 və 1A3) ədəd 7.62 mm-lik MG3 pulemyotu, “Milan” (1A2) və ya “Milan-2/2T” (1A3) tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılıb.

Bütün modifikasiyalarda heyət 3 nəfərdən ibarətdir. PDM 7 nəfərdən (A1) və ya 6-7 nəfərdən (1A2 və A3) ibarət desantın daşınmasını təmin edir.

2010-cu ildə onların daha müasir “Puma” PDM ilə əvəzlənməsi prosesinə başlanıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS