Almaniya nüvə silahı daşıyan F-35 qırıcısı almağı planlaşdırır

Almaniya nüvə silahı daşıyan F-35 qırıcısı almağı planlaşdırır

Almaniya Müdafiə Nazirliyi köhnəlmiş “Panavia Tornado” təyyarəsinin dəyişdirilməsi planını nəzərdən keçirir.

Bu barədə “Poliqon” Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Belə ki, NATO qarşısında götürdüyü öhdəliklərin bir hissəsi olaraq, Almaniya HHQ nüvə silahı daşıya bilən təyyarələrə malik olmalıdır. Əvvəllər bu funksiyaları xüsusi təkmilləşdirilmiş “Panavia Tornado” qırıcıları yerinə yetirirdilər. Lakin onların istismar müddəti başa çatmaq üzrə olduğundan dəyişdirilməsi zərurəti yaranmışdır.

Fransa ilə münasibətləri korlamamaq və perspektivli FCAS (Future Combat Air System – gələcəyin döyüş aviasiya sistemi) qırıcısının birgə inkişafına zərər verməmək üçün Almaniya əvvəllər F-35 qırıcılarını almamaq qərarına gəlib. Əvəzində 30 ədəd F/A-18E/F qırıcısının və 15 ədəd F/A-18F “Super Hornet” bazasına əsaslanan EA-18G radioelektron mübarizə təyyarəsinin alınması planlaşdırılırıb.

Güman edilirdi ki, alınacaq təyyarələri nüvə silahından istifadə üçün sertifikatlaşdırmaq daha sürətli və daha asan olacaq. Lakin sertifikatlaşdırmanın tələb olunan vaxt çərçivəsində baş tutmayacağına dair məlumatlar ortaya çıxandan, habelə FCAS təyyarəsinin inşasında Fransa ilə fikir ayrılıqlarından sonra, Almaniya “Panavia Tornado” təyyarələrinin dəyişdirilməsi planlarına nüvə silahı ilə işləməyə uyğunlaşdırılmış ABŞ istehsalı F-35 qırıcılarının da daxil ola biləcəyinə yenidən baxmağa qərar verib.

f 35

F-35 təyyarəsi

f 35 1

F-35 təyyarəsindən nüvə bombasının maketinin atılması

f 35 2

“Panavia Tornado” təyyarəsi

fcas

FCAS təyyarəsi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS