Almaniya Ordusu “Leopard 2A7V” tanklarının partiyasını qəbul edib

Almaniya Ordusu “Leopard 2A7V” tanklarının partiyasını qəbul edib

Almaniya Ordusunun 393-cü “Thüringer Löwen” tank taburu “Leopard 2A7V” tank yeni versiyanın partiyasını qəbul edib.

“Poliqon” xəbər verir ki, taburun mətbuat mərkəzi yaydığı məlumatda bildirib ki, cari ilin sonuna qədər 37-ci Motopiyada briqadanın taburu 36 tank alacaq, digər 8 ədədi isə 2022-ci ilin əvvəlində təhvil veriləcək.

Tanklar taborun yerləşdiyi yerdən 500 km məsafədə yerləşən Karlsruhedəki anbarlardan çatdırılır, döyüş maşınları dartıcılarda daşınır. Texnikaların verilməsi, xüsusən də, NATO VJTF çevik reaksiya qüvvələrində döyüş növbətçiliyinin başlanması ilə əlaqədardır. Ən son tanklara malik olan və 500 hərbi qulluqçudan ibarət 393-cü Tabur bu qüvvələrə Almaniya Silahlı Qüvvələrinin NATO proqramına töhfəsi olaraq qoşulur.

Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi (Bundesver) istehsalçılarla 2017-ci ilin may ayında tankların 2A4, 2A6 və 2A7 versiyalarının “Leopard 2A7V” səviyyəsinədək yüksəltmək üçün müqavilə imzalayıb. Həmin dövrdə sifarişin dəyərininin 760 milyon avro olduğu bildirilirdi.

Növbəti müqavilə isə, 2019 -cu ilin mart ayında 101 ədəd 2A6 və 2A6M2 variantlı tankın təkmilləşdirilməsi və böyük partiya döyüş sursatı alınması üçün ikinci müqavilə imzalanıb. Bu müqavilənin dəyəri 428 milyon avro təşkil edib. Müqavilə şərtlərinə əsasən, təkmilləşdirilmiş tankların tədarükünün 2026-cı ildə tamamlanması planlaşdırılır.

Almaniya Silahlı Qüvvələrinin təlim məktəbi də daxil olmaqla daha altı taborunda 264 ən yeni 2A7V tankı olmaqla, ümumilikdə 329 tankı olacaq.

tank2 2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS