Almaniya qarşıdakı illərdə PUA-lar üçün 10 milyard avro xərcləyəcək

Almaniya qarşıdakı illərdə PUA-lar üçün 10 milyard avro xərcləyəcək

Almaniya qarşıdakı illərdə müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üçün 10 milyard avro (11,62 milyard dollar) xərcləyəcək.

“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin görüşündə bildirib.

Nazir həmçinin vurğulayıb ki, Almaniya Avropa İttifaqının hava hücumundan müdafiə qalxanına rəhbərlik etməyi təklif edəcək və hava məkanının nəzarət olunması işinə töhfəsini artıracaq.

CATEGORIES
TAGS