Amerikanın yeni döyüş-kəşfiyyat helikopteri MD 540F
Amerikanın “MD Helicopters” şirkəti on beş il əvvəl yaratdığı MD 530F helikopterinin davamı olaraq MD 540F tipli döyüş-kəşfiyyat helikopterini təqdim edib. Bu barədə “AzeriDefence” “Defence Professionals” saytına istinadən məlumat verib.
Şirkətin baş direktoru Linn Tiltonun (Lynn Tilton) sözlərinə görə, yeni helikopterdə maksimal uçuş kütləsi əhəmiyyətli dərəcədə artırılıb. Bort elektronikası və silah dəstləri ilə bir yerdə MD 540F 1,8 kilometrdən hündürlüyə qalxmağa bacarıqlıdır.
Yeni helikopterin silahlanmasına idarə olunmayan raketlər, həmçinin lazer başlıqlı raketlər (AGM və ya Hellfire), həmçinin müxtəlif aviasiya topları daxil edilə bilər.
Helikopter uçuş sınaqlarını müvəffəqiyyətlə keçib. 2013-cü ilin birinci rübünədək helikopterə şəhadətnamənin alınması planlaşdırılır.
MD 540F tam inteqrasiya olunmuş rəqəmsal şüşə kokpit ilə təchiz edilib. Pilot informasiyaları Dəbilqə Displey və İzləmə Sistemi (HDTS) vasitəsi ilə əldə edir.