
AMRAAM-ER raketlərinin Danimarkaya satışı təsdiq olunub
ABŞ Dövlət Departamenti 951 milyon dollar dəyərindəki AMRAAM-ER raketlərinin Danimarkaya satışını təsdiq edib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 236 ədəd “hava-hava” tipli AMRAAM-ER raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti Danimarkaya AIM-120C-8 AMRAAM raketlərinin satışı təsdiqləmişdi.
TAGS Manşet


