
Anadolu Qartalı-2021: Azərbaycan hərbi pilotları düşmənin yerüstü hədəflərinə zərbələr endirib
Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.
Poliqon.az
CATEGORIES Xəbərlər