
“Anadolu Qartalı – 2021” təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü” baş tutub. Təlimdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub.
Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı və Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyib.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Poliqon.az