
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC üçün patron istehsalı xəttinin qurulması işləri davam etdirilir.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bu layihə ilə əsrlik təcrübəyə malik şirkət yüksək texnologiyalı müdafiə sənayesi istehsal infrastrukturunu Azərbaycanda da formalaşdırmış olacaq.
Bildirilib ki, texnologiya transferi ilə yaradılan yeni müəssisələrdə həm Türkiyənin, həm də Azərbaycanın ehtiyac duyduğu müxtəlif növ müdafiə təyinatlı məhsullar istehsal olunacaq.




