“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olunub – VİDEO

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olunub – VİDEO

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra Azərbaycan HHQ-nin aviasiya vasitələri ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Poliqon.az

CATEGORIES