ANAMA 734 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü ilin yanvarında aparılan minatəmizləmə əməliyyatları zamanı 734.7 ha ərazi yoxlanılıb, 123 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina və 203 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.