MinatəmizləməXəbərlər

ANAMA 734 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü ilin yanvarında aparılan minatəmizləmə əməliyyatları zamanı 734.7 ha ərazi yoxlanılıb, 123 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina və 203 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Back to top button