ANAMA 880 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il mayın 6-dan mayın 12-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 880.3 ha ərazi yoxlanılıb, 6 ədəd piyada əleyhinə mina, 32 ədəd tank əleyhinə mina və 358 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.