
ANAMA 1673 hektar ərazini mina və PHS-lərdən təmizləyib
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il iyulun 8-dən 14-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1673.7 ha ərazi yoxlanılıb, 37 ədəd piyada əleyhinə mina, 67 ədəd tank əleyhinə mina və 181 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.