ANAMA azad edilən ərazilərdə ötən həftə 94 ədəd mina aşkarlayıb

ANAMA azad edilən ərazilərdə ötən həftə 94 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il dekabrın 12-dən 17-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 579 ha ərazi yoxlanılıb, 59 ədəd piyada və 35 ədəd tank əleyhinə mina, 297 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

FkUioJAXwAAcrjV

Poliqon.az

CATEGORIES