ANAMA azad olunan ərazilərdə 57 mina və 718 PHS aşkarlayıb

ANAMA azad olunan ərazilərdə 57 mina və 718 PHS aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il aprelin 1-dən 7-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1576 ha ərazi yoxlanılıb, 47 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 718 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES