ANAMA azad olunan ərazilərdə 97 mina və 898 PHS aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il iyulun 22-dən 28-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 885 ha ərazi yoxlanılıb, 66 ədəd piyada əleyhinə mina, 31 ədəd tank əleyhinə mina və 898 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.