ANAMA azad olunan ərazilərdə ötən ay 649 ədəd mina aşkarlayıb

ANAMA azad olunan ərazilərdə ötən ay 649 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il iyul ayında aparılan minatəmizləmə əməliyyatları zamanı 6905.4 ha ərazi yoxlanılıb, 359 ədəd piyada əleyhinə mina, 290 ədəd tank əleyhinə mina və 3079 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES