ANAMA: Dağıdılmış dəmir yolu xətləri mina ilə ciddi şəkildə çirkləndirilib

ANAMA: Dağıdılmış dəmir yolu xətləri mina ilə ciddi şəkildə çirkləndirilib

Dağıdılmış dəmir yolu xətləri və hissələri ciddi şəkildə mina ilə çirkləndirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

“Bəzən insanlar cığırla və ya otluqla getməyi təhlükəli hesab edərək dəmir yolu xətti boyunca hərəkət etməyə üstünlük verirlər. Lakin bu daha təhlükəli ola bilər. Unutmaq olmaz ki, dağıdılmış dəmir yolu xətləri və hissələri mina ilə ciddi şəkildə çirkləndirilmişdir”, – deyə ANAMA tərəfindən qeyd olunub.

CATEGORIES