ANAMA daha 271 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 271 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il dekabrın 5-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 271 ha ərazi yoxlanılıb, 1 ədəd piyada və 3 ədəd tank əleyhinə mina, 47 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

CATEGORIES