Xəbərlər
ANAMA daha 316 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2022-ci il oktyabrın 3-dən 8-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 316 ha ərazi yoxlanılıb, 92ədəd piyada və 54 ədəd tank əleyhinə mina, 458 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





