ANAMA daha 369 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 369 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il dekabrın 19-dan 24-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 369 ha ərazi yoxlanılıb, 8 ədəd piyada və 2 ədəd tank əleyhinə mina, 233 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fk47RMpX0AMqu2W

Poliqon.az

CATEGORIES
TAGS