ANAMA daha 423 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 423 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-ci il yanvarın 16-dan 21-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 423 ha ərazi yoxlanılıb, 15 ədəd piyada və 20 ədəd tank əleyhinə mina, 93 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

CATEGORIES