ANAMA daha 557 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 557 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il iyunun 13-dən 18-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 5 576 877 m2 (557 ha) ərazi yoxlanılıb, 79 ədəd piyada və 13 ədəd tank əleyhinə mina, 58 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 4

Poliqon.az

CATEGORIES
TAGS