ANAMA daha 562 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 562 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il avqustun 15-dən 20-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 562 ha ərazi yoxlanılıb, 239 ədəd piyada və 140 ədəd tank əleyhinə mina, 125 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fav6pmdWAAEUTzB

Poliqon.az

CATEGORIES
TAGS