ANAMA daha 616 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il oktyabrın 23-dən 29-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 616.3 ha ərazi yoxlanılıb, 25 ədəd piyada əleyhinə mina, 56 ədəd tank əleyhinə mina və 2427 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.