Demining

ANAMA-nın binasında liftdə qəza baş verib: 8 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yerləşdiyi binanın liftində qəza baş verib.
“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumatına görə, hadisə noyabrın 1-də saat 18.00 radələrində baş verib.
 
Bu gün hadisə yerinə baxış keçirilib. Mütəxəssislərin qənaətinə görə, hadisə liftə normadan çox yüklənmə olması olub.
Bu zaman avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə fasilələrlə dayanaraq aşağı enib. Nəticədə adıçəkilən qurumun liftdə olan əməkdaşlar xəsarət alıblar.
Hadisə nəticəsində liftdə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Musa Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Back to top button