ANAMA-nın təşkilatçılığı ilə FHN əməkdaşları minatəmizləmə üzrə kurs keçib

ANAMA-nın təşkilatçılığı ilə FHN əməkdaşları minatəmizləmə üzrə kurs keçib

İyul ayının 24-dən avqust ayının 19-dək Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Humanitar Minatəmizləmə və Döyüş sahəsinin Təmizlənməsi” təlimində iştirak edib.

Bu barədə “Poliqon” Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.

Təlim zamanı şəxsi heyətə ərazidə rast gəlinən və ehtimal olunan müxtəlif növ hərbi sursatların, piyada, tank və obyekt əleyhinə, partlayış dalğalı, qəlpəli minaların tanıdılması üzrə nəzəri və praktiki dərslər keçirilmiş və eləcə də humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə standartlar, təhlükəsizlik və təxliyyə qaydaları öyrədilib.

64e4733ac05c964e4733ac05ca169269330664e4733ac05c764e4733ac05c8

64e4733aafa8e64e4733aafa8f169269330664e4733aafa8c64e4733aafa8d

64e4733aa43d964e4733aa43da169269330664e4733aa43d764e4733aa43d8

CATEGORIES
TAGS