ANAMA oktyabrda 3 488 832 kvadrat metr ərazini mina və PHS-dən təmizləyib
2012-ci ilin oktyabr ayı ərzində Azərbaycanın 3 488 832 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə “AzeriDefence” Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinə istinadən məlumat verib.
Əməliyyatlar nəticəsində 652 PHS, 3 ədəd piyada və 6 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 207,194,930 kvadrat metr ərazi təmizlənib, 674,759 ədəd mina və PHS- tapılıb zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gədəbəy, Goygol, Goranboy, Tərtər, Şəmkir və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Ötən ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.