
ANAMA ötən ay 4064.06 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2022-ci ilin sentyabrın 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4064.06 ha ərazi yoxlanılıb, 1695 ədəd piyada və 747 ədəd tank əleyhinə mina, 1363 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər