ANAMA ötən ay 5983 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən ay 5983 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2023-ci il martın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 5983.6 ha ərazi yoxlanılıb, 270 ədəd piyada və 656 ədəd tank əleyhinə mina, 1465 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

CATEGORIES
TAGS