ANAMA ötən həftə 399 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən həftə 399 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il mayın 9-dan 14-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3 990 420 m2 (399 ha) ərazi yoxlanılıb, 183 ədəd piyada və 59 ədəd tank əleyhinə mina, 493 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama 2

Poliqon.az

CATEGORIES
TAGS