“Ares Tersanesi” yeni ARES 32 hücum kateri ailəsini təqdim edib
Türkiyənin “Ares Tersanesi”ARES 32 PREDATOR və DAGGER yeni nəsil hücum katerlərini təqdim edib.
“Poliqon” “Ares Tersanesi”nə istinadən xəbər verir ki, dənizdə baş verəcək hadisələrə daha tez müdaxilə etməyə imkan yaradacaq bu katerlər özünün sürəti, dayanıqlılığı və çevikliyi ilə seçiləcək.
Bildirilib ki, ARES 32 ailəsinə daxil olan hər iki katerin uzunluğu 32.10 metr, sürəti 45+ kont və əməliyyat mənzili 2000 nm (dəniz mili) təşkil edir. Katerlər “Dəniz vəziyyəti 6” dərəcəsinə qədər olan şəraitdə personla qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə imkan verir.
Hər iki katerin silahlanmasına uzaqdan idarəolunan 25/30 mm-lik top sistemi, 2 ədəd 12.7 mm-lik mexaniki pulemyot və “Roketsan” şirkətinin istehsal etdiyi raketlər daxildir.
Qeyd edək ki, PREDATOR kateri “Roketsan”ın “Çakır” mini qanadlı raketi və L-UMTAS lazer tuşlamalı raketi ilə silahlandırılacaq. DAGGER isə daha qısa mənzilli lazer və IIR tuşlamalı raketlərlə təchiz olunacaq.