“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib – FOTO

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022″ yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fərdi mərhələdə Azərbaycan komandasının ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən Azərbaycan artilleriyaçıları pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən Azərbaycan hərbi qulluqçuları hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.

Poliqon.az

CATEGORIES
TAGS