
ASELPOD hədəfləmə sistemləri sifarişçiyə çatdırılıb – VİDEO
ASELSAN şirkəti seriyalı istehsal edilən növbəti ASELPOD hədəfləmə sistemlərini Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, pod sistemlərinin qəbul fəaliyyətləri tamamlandıqdan sonra Türkiyə HHQ-nin inventarına daxil ediləcək.
Qeyd edək ki, hazırda Türkiyə HHQ-nin F-16 döyüş təyyarələrində istifadə olunan ASELPOD hədəfləmə sistemlərinin “Hürjet” və KAAN qırıcılarında da quraşdırılması gözlənilir.