Türkiyə Silahlı Qüvvələrinin aviasiya vasitələri ASELSAN sistemləri ilə uçacaq
ASELSAN şirkəti Türkiyə Silahlı Qüvvələrinin aviasiya vasitələri üçün dost-düşmən tanıma, naviqasiya və rabitə sistemləri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, bu sistemlərin tədarükü üçün ASELSAN ilə HAVELSAN-TUSAŞ şirkətləri arasında ümumi dəyəri 84 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.