
ASELSAN adı açıqlanmayan müştəriyə hərbi rabitə sistemləri tədarük edəcək
Türkiyənin ASELSAN şirkəti Yaxın Şərq və Afrika bölgəsindəki adı açıqlanmayan müştəriyə hərbi rabitə sistemləri tədarük edəcək.
Bu barədə “Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verib.
Qeyd edilib ki, bunun üçün ASELSAN şirkəti ümumi dəyəri 158.6 milyon ABŞ dolları olan ixrac müqaviləsi imzalayıb.