
Yeni “Predator B6” zirehli nəqliyyat vasitəsi təqdim edilib
İordaniyanın “Shield Armored Vehicles” şirkəti yeni “Predator B6” zirehli nəqliyyat vasitəsini təqdim edib.
“Poliqon” xəbər verir ki, bu barədə “Shield Armored Vehicles” məlumat yayıb.
Məlumatda “Predator B6”nın müasir müdafiə və təhlükəsizlik əməliyyatlarının tələblərinə cavab vermək üçün hazırlandığı bildirilib.
Qeyd olunub ki, etibarlı ballistik mühafizəyə sahib zirehli nəqliyyat vasitəsi yolsuzluq şəraitində istifadəçini yüksək hərəkətlilik qabiliyyəti ilə təmin edir. “Predator B6”, əməliyyat çevikliyi üçün uyğunlaşdırıla bilən modul dizaynına malikdir.